Fərid Namazov: “Qəbələ” daha istəkli idi
Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə məğlub olan “İmişli”nin baş məşqçisi Fərid Namazov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.azxəbər verir ki, 38 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşüb:
“Rəqibi təbrik edirəm. Oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”də məşqçi dəyişikliyi olmuşdu. Adətən yeni məşqçi gələndə komanda daha istəkli olur. İlk 15 dəqiqə gözlədiyimiz kimi rəqibin təzyiqi ilə keçdi. Qapımızın qarşısında çox boşluqlar verdik. Rəqibin hansı sistemlə oynayacağını bilmirdik. Penaltidən yararlana bilmədik. Oyunu bərabərləşdirməyə çalışırdıq. İkinci hissədə maraqlı və sürətli oyun oldu. Təəssüf ki, yaxşı oynadığımız vaxtda qol buraxdıq. Bundan sonra bir qədər düşüş yaşandı. Səyahət Ağayevin çıxışını da qeyd edərdim. O, kritik qurtarışlar etdi. Azarkeşlərimizə təşəkkür edirəm”.
F.Namazov məğlubiyyətdə rəqibin taktiki dəyişikliyinin də rol oynadığını bildirib:
“Bunun da təsiri oldu. “Qəbələ”də istək daha çox idi. Uşaqlara tapşırmışdıq ki, öz oyun planımızdan kənara çıxmayaq. Lakin təzyiq çox olduğundan topa nəzarət edə bilmədik. Həm taktika, həm də istək ön plana çıxdı”.
Baş məşqçi komandasının qarşıdakı turlarda “Neftçi”, “Sabah” və “Qarabağ”la qarşılaşacağını da diqqətə çatdırıb:
“Hamı bu qrafikdə oynayacaq. Hazırda “Araz-Naxçıvan”da da belə qrafik var. Yaxşı oldu ki, ilk turlarda özümüzə uyğun komandalarla oynadıq. Güclü rəqiblərə qarşı planlarımız başqa olacaq. Uduzmaq üçün meydana çıxmayacağıq”.



No Comment! Be the first one.