“Qəbələ”nin məşqçisi: Fürsətlərdən istifadə edə bilmirdik
“Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda “İmişli”ni 2:1 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, “Qəbələ”nin məşqçisi Amil Ağacanov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb.
O, komandada baş məşqçi dəyişikliyindən sonra hazırlıq prosesinin daha yaxşı qurulduğunu bildirib:
“Komandada məşqçi dəyişikliyi oldu. Əvvəlki oyunları təhlil etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” uzun ötürmələrdən və standart vəziyyətlərdən yaxşı istifadə edir. Buna uyğun hazırlaşdıq. Qələbə münasibətilə hamını təbrik edirəm”.
A.Ağacanov əvvəlki üç turda qol vura bilməmələrinin səbəbini də açıqlayıb:
“Bunu hansısa problemin olması ilə əlaqələndirməzdim. Çempionatın əvvəli idi. Sadəcə, yaratdığımız fürsətlərdən istifadə edə bilmirdik. Futbolçularla fərdi söhbətlər apardıq”.



No Comment! Be the first one.