"Qalatasaray" qalib gəldi, Osimhen zədələndi - VİDEO
Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhen zədələnib.
Sportify.az xəbər verir ki, nigeriyalı hücumçu səfərdə “Başakşehir”ə 3:2 hesabı ilə qalib gəldikləri Super Liqanın IV tur oyununda zədələnərək meydanı tərk edib.
O, 23-cü dəqiqədə Kristofer Operi ilə ikili mübarizə zamanı xəsarət alıb. Hücumçu oyunu davam etdirsə də, 31-ci dəqiqədə müdafiə arxasına etdiyi qaçışdan sonra qasıq nahiyəsini tutaraq əvəzlənməsini istəyib.
Həkimlərin müdaxiləsindən sonra Osimhen 33-cü dəqiqədə meydanı tərk edib. Onun yerinə Barış Alper Yılmaz daxil olub.
Osimhenin zədəsinin ciddiliyi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, oyun “Qalatasaray”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Sarı-qırmızılar”ın qollarını 17-ci dəqiqədə Viktor Osimhen, 71-ci dəqiqədə Lukas Torreyra və 90+1-ci dəqiqədə Qabriel Sara vurub. “Başakşehir”dən Eldor Şomurodov 66-cı dəqiqədə penaltidən hesabı bərabərləşdirib. “Qalatasaray”ın müdafiəçisi Davinson Sançes isə 76-cı dəqiqədə avtoqol edərək meydan sahiblərini yenidən ümidləndirib.
Bu qələbə sayəsində “Qalatasaray” 4 oyundan 10 xalla vahid liderə çevrilib. “Başakşehir” isə 4 xalla 9-cudur.



No Comment! Be the first one.