Azərbaycan Premyer Liqasının IV turunda “Neftçi” evdə “Şəfa” ilə qarşılaşıb.
Sportify.az xəbər verir ki, “Palms Sports Arena”da arenada oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi”nin qollarını Rüfət Abbasov, (35) Alen Şkribek, (64; 66) və Breno Almeyda (79) vurub.
“Şəfa”nın yeganə qoluna isə Murad Musayev (48) imza atıb.
Xallarının sayını 9-a çatdıran “Neftçi” üçüncü pillədə qərarlaşıb. “Şəfa” 3 xalla onuncu yerdədir.
Günün ilk görüşündə “Sabah” “Zirə”ni beş cavabsız qolla üstələyib.
Xatırladaq ki, ötən gün baş tutan matçlarda “Qəbələ” “İmişli”ni 2:1, “Şamaxı” isə “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib. IV tura sabah yekun vurulacaq.
————————————
Misli Premyer Liqasında IV turun növbəti görüşü keçirilib.
Sportify.az xəbər verir ki, “Bank Respublika Arena”da “Sabah” “Zirə”ni qəbul edib.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 5:0. Qollardan 3-nü Coy Lens Mikels vurub. Ruandalı hücumçu 13-cü dəqiqədə özünün qazandığı penaltini dəqiq yerinə yetirib, 30-cu və 57-ci dəqiqələrdə daha 2 qol vurub. Digər qollara Velko Simiç 7-ci, Kristian Nvaçukvu 51-ci dəqiqədə imza atıb.
Beləliklə, “Zirə” ardıcıl 3 qələbədən sonra ilk məğlubiyyətlə üzləşib.
——————–
Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
Sportify.az xəbər verir ki, əvvəlcə son ölkə çempionu “Sabah” Premyer Liqanın hazırkı lideri “Zirə” ilə qarşılaşacaq.
Cari mövsüm məğlub olmayan komandaların dueli “Bank Respublika Arena”da, saat 18:30-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə “Neftçi” debütant “Şəfa”nı sınağa çəkəcək. Hər iki kollektiv ötən tur minimal hesablı məğlubiyyətin acısını yaşayıblar.
Saat 20:30-da başlayacaq matç “Palms Sports Arena”da təşkil olunacaq.
Misli Premyer Liqası
I dövrə, IV tur
5 sentyabr
20:30. “Neftçi” – “Şəfa” 4:1
Qollar: Rüfət Abbasov, 35, Alen Şkribek, 64, 66. Breno Almeyda, 79 – Murad Musayev, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
“Palms Sports Arena”
18:30. “Sabah” – “Zirə” – 5:0
Qollar: Velko Simiç, 7. Coy Lens Mikels, 13 (pen.); 30; 57. Kristian Nvaçukvu, 51
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
“Bank Respublika Arena”
20:30. “Neftçi” – “Şəfa” – 3:1 (OYUN BAŞA ÇATDI)
Qollar: Rüfət Abbasov, 35. Murad Musayev, 48. Alen Şkribek, 64; 66. Breno Almeyda, 79
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
“Palms Sports Arena”
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında “Qəbələ” “İmişli”ni (2:1), “Şamaxı” isə “Kəpəz”i (4:1) məğlub edib.


No Comment! Be the first one.