“Real Madrid”in sabiq futbolçusu “Barselona”ya keçə bilər
İspaniya “Real Madrid”inin sabiq futbolçusu David Alaba karyerasını “Barselona”da davam etdirə bilər.
Sportify.az-ın məlumatına görə, hazırda azad agent olan avstriyalı müdafiəçi ilə Kataloniya klubunun maraqlandığı bildirilir.
Bu barədə transfer xəbərləri üzrə ixtisaslaşmış jurnalist Ekrem Konur məlumat yayıb.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Alabanı Almaniya “Bavariya”sındakı birgə fəaliyyətindən yaxşı tanıyır. Müdafiənin həm mərkəzində, həm də sol cinahında oynaya bilməsi 34 yaşlı futbolçunun universal futbolçu kimi dəyərini artırıb.
Bununla belə, Alabanın karyerasını İtaliyada davam etdirməsi hazırda daha real görünür. “Roma” da avstriyalı müdafiəçinin xidmətində maraqlıdır.
Qeyd edək ki, David Alaba 2021-ci ildə “Bavariya”dan “Real Madrid”ə keçib. O, Madrid klubunda keçirdiyi beş mövsümdə bütün turnirlər üzrə 130 oyuna çıxıb, 5 qol vurub. Alaba “kral klubu” ilə iki dəfə Çempionlar Liqasının və iki dəfə İspaniya La Liqasının qalibi olub.


No Comment! Be the first one.