Çempionlar Liqasının qalibi klubunu dəyişdi
Niderland millisinin sabiq futbolçusu Jorjinyo Veynaldum Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasına keçib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Veynaldum iyunun əvvəlində “Əl İttifaq”dan ayrılıb və yeni komandasına azad agent kimi keçib.
Qeyd edək ki, Jorjinyo Veynaldum karyerası ərzində Niderlandın “Feyenoord” və PSV, İngiltərənin “Nyukasl” və “Liverpul”, Fransanın PSJ və İtaliyanın “Roma” komandalarının formasını geyinib. O, ən uğurlu dövrünü “Liverpul”da keçirib. Veynaldum İngiltərə klubu ilə Çempionlar Liqası, Premyer Liqa, Klublararası Dünya Çempionatı və UEFA Super Kubokunun qalibi olub.
Təcrübəli futbolçu Niderland millisində 96 oyun keçirib və 28 qol vurub. O, 2014-cü ildə dünya çempionatının bürünc medalını qazanıb.



No Comment! Be the first one.