Toral oynadı, “Bursaspor” əzmkar qələbə qazandı
Azərbaycan millisinin futbolçusu Toral Bayramov “Bursapor”un heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Sportify.az xəbər verir ki, “timsahlar” VI turda “Manisa” komandasının qonağı olub.
Manisa şəhərindəki Mumin Ozkasap stadionunda təşkil olunmuş görüş bursalıların əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Bayramov 46-cı dəqiqədə meydana daxil olub və 58-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, bu qələbə sayəsində xalını 15-ə çatdıran “Bursaspor” 2-ci yerdə gedir. Lider “Batman Petrolspor”un isə 16 xalı var.



No Comment! Be the first one.