“Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun Portuqaliyada qanunsuz silah daşınması şübhəsi ilə saxlanılıb.
Sportify.az “Globo” nəşrinə istinadən xəbər verir ki, hadisə Lissabon yaxınlığında baş verib.
95 yaşlı britaniyalının şəxsi təyyarədən düşməsindən sonra onun üzərində silah aşkarlanıb.
Ekklstouna rəsmi ittiham irəli sürülüb-sürülməyəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Berni Ekklstoun 1978 – 2017-ci illərdə “Formula 1”ə rəhbərlik edib. O, 2007 – 2011-ci illərdə İngiltərənin “Kuinz Park Reyncers” klubunun da ortaq sahibi olub. Britaniyalı iş adamı 2010-cu ildə klubun səhmlərinin nəzarət paketini Flavio Briatoredən alıb. Bir il sonra isə onlar klubu malayziyalı biznesmen Toni Fernandesə satıblar.



No Comment! Be the first one.