Bulent Korkmaz "Antalyaspor"dan qovuldu
Türkiyənin I Liqasında çıxış edən “Antalyaspor” baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.
Sportify.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 58 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Korkmaz iyunda “Antalyaspor”la 1 illik müqavilə imzalamışdı. Təcrübəli mütəxəssisin rəhbərliyi altında komanda I Liqada keçirdiyi 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə məğlub olub. Son olaraq “Antalyaspor” doğma meydanda “Sivasspor”a 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Bulent Korkmaz vaxtilə Azərbaycanda “Bakı” komandasının baş məşqçisi kimi də çalışıb.



No Comment! Be the first one.