Patrik Dorqu: Bu qələbə bizə əlavə özünəinam verəcək
İngiltərə “Mançester Yunayted”inin “Sabah”ı 4:0 hesabı ilə məğlub etdiyi Çempionlar Liqasının əsas mərhələsinin ilk tur oyununun ən yaxşı futbolçusu Patrik Dorqu seçilib.
Sportify.az xəbər verir ki, UEFA-nın Texniki Müşahidə Qrupunun açıqlamasında 21 yaşlı sol cinah müdafiəçisinin əks-hücumlar zamanı irəli çox effektiv qoşularaq Mateus Kunya ilə yaxşı anlaşdığı bildirilib.
Danimarkalı oyunçu qarşılaşmadan sonra təəssüratlarını bölüşüb: “Dörd qol vurduq və qapımızı toxunulmaz saxladıq. Bu, mükəmməl gecə idi. Yenidən meydana qayıtmaq çox yaxşı oldu. Komanda olaraq yaxşı çıxış etdik. Bu qələbə həftəsonundakı oyun öncəsi bizə əlavə özünəinam verəcək”.
Xatırladaq ki, “Mançester Yunayted” sentyabrın 13-də İngiltərə Premyer Liqasının IV tur matçında “Mançester Siti”ni qəbul edəcək.



No Comment! Be the first one.