Son Azərbaycan çempionu “Araz-Naxçıvan” futzal komandasında daha iki əngəl yaranıb.
Sportify.az-ın əldə etdiyi məlumata görə, maddi çətinliklərlə üzləşən klub əvvəlki illərdən fərqli olaraq transfer siyasətini dəyişəcək.
Artıq “Araz-Naxçıvan”ın heyətinə yalnız bir-iki iranlı futzalçının cəlb olunacağı gözlənilir. Əvvəlki mövsümlərdə olduğu kimi, braziliyalı oyunçuların kütləvi şəkildə transferi nəzərdə tutulmur.
Bununla yanaşı, klub rəhbərliyi “Baku Fire”də çıxış edən Azərbaycan millisinin üzvləri ilə də razılığa gəlib.
Məlumata əsasən, bu gün AFFA-da klub rəhbərliyi ilə bir sıra şəxslər arasında görüş keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri “Araz-Naxçıvan”ın UEFA Futzal Çempionlar Liqasının Polşada keçiriləcək oyunlarında iştirak etməsi üçün komanda üzvlərinə viza alınmasına göstəriləcək dəstək olub.



No Comment! Be the first one.