Valdas Dambrauskas: "Sabah"a qarşı tənqidlər hörmətsizlikdir - VİDEO
“Əlbəttə, mən Rəhman Daşdəmirovu tənqid edənləri heç də başa düşmürəm, anlamıram. Çünki əvvəllər “Nəyə görə azərbaycanlı futbolçular oynamır?” deyirdilər. Hazırda bir azərbaycanlı oyunçu forma geyinir və öz ölkəsini təmsil edir, “Sabah”ın heyətində Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparır”.
Bunu “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas Sportify.az-ın futbolçu Rəhman Daşdəmirovun UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə “Mançester Yunayted”ə 0:1 hesabı ilə uduzduqları ilk tur matçından sonra təndiq olunmasına münasibət bildirərkən deyib.
Litvalı mütəxəssisin sözlərinə görə, Daşdəmirova və bütövlükdə “Sabah”a hörmətlə yanaşmaq lazımdır: “Rəhman Azərbaycanda ilk “3-lük”də olan futbolçulardan sayılır. Düzdür, tənqidlər olacaq, amma belə tənqidləri mən qəbul etmirəm. Belə tənqidi yanaşmalar mənim üçün qəbuledilməzdir. Mənə deyin görək, Rəhman Daşdəmirov və digər oyunçularım nəyi pis ediblər ki, tənqid olunsunlar? Möhtəşəm mövsüm keçirən, 33 qarşılaşmada cəmi 1 məğlubiyyət alan, çempion olan, “qızıl dubl” edən, tarix yazan komandanın oyunçularını hansı şəkildə tənqid etmək olar? Azərbaycanda ikinci klubuq ki, Çempionlar Liqasının bu mərhələsində çıxış edirik. Nəyə görə biz tənqid olunmalıyıq? Nəyə görə oyunçularımı tənqid etməlidirlər”?
Dambrauskas məsləhət görüb ki, “Sabah”ın futbolçularına dəyər verilsin, onlar düzgün şəkildə dəyərləndirilsin və tənqid edilməsin: “Çünki onlar “Sabah” və Azərbaycan üçün böyük işlər görüblər. Əlbəttə, tənqid etmək hər kəsin haqqıdır. Bu gözəl ölkədə hər kəsin buna haqqı var, tənqid edə, fərqli yanaşa bilərlər. Amma mən bu tənqidləri hörmətsizlik kimi qəbul edirəm”.



No Comment! Be the first one.