“Kəpəz” – “Sumqayıt”: bilet satışına start verildi
“Kəpəz” Misli Premyer Liqasının VI turu çərçivəsində sentyabrın 20-də Gəncə Şəhər Stadionunda “Sumqayıt”ı qəbul edəcək.
Sportify.az xəbər verir ki, bu oyunun biletləri bu gündən etibarən satışa çıxarılıb.
“Sarı-göylər”in son iki ev matçında olduğu kimi, qiymətlər dəyişməz qalıb. Futbol həvəskarları həm iticket.az saytı vasitəsilə, həm də stadionun kassalarında 2-20 manat dəyərində olan biletlər arasında seçim edə bilərlər.
Qeyd edək ki, bu, milli komandaların beynəlxalq oyunları ilə əlaqədar fasilə ərəfəsində “Kəpəz”in axırıncı ev qarşılaşmasıdır. “Sarı-göylər” doğma azarkeşlər önünə növbəti dəfə oktyabrın ortalarında çıxacaqlar.
Xatırladaq ki, “Kəpəz”in ev oyunlarını Gəncə Şəhər Stadionunda rekord sayda azarkeş izləyir: 13500 (30 avqust, “Turan Tovuz”la oyun), 15000 (4 sentyabr “Şamaxı” ilə görüş) və 11000 tamaşaçı (12 sentyabr, “Qəbələ” qarşı matç).



No Comment! Be the first one.