Rodri niyə "Real"a yox, "Barselona"ya getdi? – Özü açıqladı
İspaniyanın “Barselona” komandasının futbolçusu Rodri “Real Madrid”in də maraq göstərməsinə baxmayaraq, niyə Kataloniya klubunu seçdiyini açıqlayıb.
Sportify.az xəbər verir ki, 30 yaşlı ispaniyalı yarımmüdafiəçi qərarını əsasən idman layihəsinə və inkişaf imkanlarına görə verib.
O, “Mançester Siti”də keçirdiyi yeddi ildən sonra yeni çağırış axtardığını qeyd edib.
“Barselona” variantı ortaya çıxanda bunun mənim üçün bir çox səbəbdən ən yaxşı seçim olduğunu anladım. Həmişə qərarlarımı idman amilinə əsasən vermişəm. Qalib gələcəyimə, xoşbəxt olacağıma və ən əsası, futbolçu kimi inkişaf edəcəyimə inandığım yeri seçmişəm. “Barselona”nın futbolçular nəsli və Hansi Flikin qurduğu layihə də seçimimə təsir etdi”, – deyə Rodri bildirib.
O, “Real Madrid”ə “yox” deməyin asan olmadığını da vurğulayıb. Rodriyə görə, yekun qərarında “Barselona” rəhbərliyinin, xüsusilə Deku və Flikin təqdim etdiyi layihə həlledici olub.
Qeyd edək ki, Rodri avqust ayında “Mançester Siti”dən “Barselona”ya keçib və Kataloniya klubu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.



No Comment! Be the first one.