Benzemanın müqaviləsi Avropa futboluna qayıtmasına mane olur
Fransalı futbolçu Kərim Benzema karyerasını Almaniyanın “Bayer” klubunda davam etdirmək istəyir.
Sportify.az xəbər verir ki, bu barədə “Çempionat”ın jurnalisti İlyes Kaddurinin sosial şəbəkə hesabında paylaşım edib. 38 yaşlı hücumçu ilə Leverkuzen təmsilçisi arasında əlaqə yaranıb və futbolçu transferə böyük maraq göstərib.
Benzemanın “Bayer”in layihəsini keçmiş komanda yoldaşları Musa Diabi və Lukas Vaskeslə müzakirə etdiyi bildirilir.
Məlumata görə, keçidin qarşısını alan əsas maneə futbolçunun Səudiyyə Ərəbistanının səfiri kimi imzaladığı və 2030-cu ilə qədər qüvvədə olan müqavilədir. Benzemanın agentləri bu müqavilənin şərtlərinin yumşaldılması üçün danışıqlar aparır.
Qeyd edək ki, Benzema qışda “Əl-İttihad”dan “Əl-Hilal”a keçib, yayda isə Səudiyyə Ərəbistanı klubunu azad agent kimi tərk edib.



No Comment! Be the first one.