Türkiyə klubu yeni baş məşqçi ilə anlaşmağa yaxındır
Türkiyənin “Trabzonspor” klubu Fatih Tekkenin ayrılmasından sonra yeni baş məşqçi axtarışlarını davam etdirir.
Sportify.az xəbər verir ki, Super Liqa iştirakçısı namizədlərdən biri ilə bağlı konkret addım atıb. “HT Spor”un yaydığı məlumata görə, “Trabzonspor” almaniyalı mütəxəssis Tomas Rays və onun rəhbərlik etdiyi Bolqarıstanın “Ludoqorets” klubu ilə görüş keçirib.
Bildirilir ki, gün ərzində Raysın “Trabzonspor”a təyin olunması ilə bağlı ciddi irəliləyiş gözlənilir. Hətta klubun 51 yaşlı çalışdırıcı üçün təyyarə hazırladığı qeyd olunur.
Tomas Rays 2024-cü ilin iyulundan 2026-cı ilin fevralınadək “Samsunspor”u çalışdırıb. Onun rəhbərliyi altında komanda 72 oyunda 33 qələbə qazanıb, 18 heç-heçə edib və 21 dəfə məğlub olub.
Hazırda Raysın çalışdırdığı “Ludoqorets” Bolqarıstan çempionatında 9 turdan sonra 23 xalla ikinci pillədədir. Komanda lider “Levski Sofiya”dan 2 xal geri qalır.


No Comment! Be the first one.