2029-cu il Dünya Atletika Çempionatının ev sahibi müəyyənləşib
2029-cu il Dünya Atletika Çempionatının keçiriləcəyi şəhər müəyyənləşib.
Sportify.az xəbər verir ki, yarış Keniyanın paytaxtı Nayrobidə təşkil olunacaq.
Bu barədə qərar Dünya Atletika Şurasının Budapeştdə keçirilən iclasında qəbul edilib. Nayrobi bununla da Dünya Atletika Çempionatına ev sahibliyi edən ilk Afrika şəhəri olacaq.
Qeyd edək ki, 2029-cu il yarışına ev sahibliyi uğrunda London və Roma da namizəd idi. 2031-ci il Dünya Atletika Çempionatının isə Almaniyanın Münhen şəhərində keçirilməsi qərara alınıb.



No Comment! Be the first one.