Rusiyalı mütəxəssis millimizdə
Olimpiya Oyunlarının mükafatçısı, Rusiyanın milli komandasının məşqçisi olmuş Sergey Jelanov bundan sonra Azərbaycan atletika millisinin məşqçilər heyətində fəaliyyət göstərəcək.
Bu barədə Sportify.az-a federasiyadan məlumat verilib.
Bildirilib ki, təcrübəli mütəxəssis milli komandanın hazırlıq prosesinə qoşularaq atletlərin məşq proqramlarının təkmilləşdirilməsinə və qarşıdakı yarışlara hazırlığına öz töhfəsini verəcək



No Comment! Be the first one.