“Bayer” Benzema xəbərlərini yalanladı
Almaniya klubu Leverkuzen “Bayer”ininin idman direktoru Simon Rolfes vaxtilə Fransa millisinin sabiq futbolçusu Kərim Benzemanın transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportify.az xəbər verir ki, funksioner Almaniya mətbuatına açıqlamasında 38 yaşlı hücumçunun transferinin gündəmdə olmadığını deyib.
“Bizim heyətimiz artıq tam formalaşıb”, – deyə Rolfes bildirib.
Hazırda azad agent olan Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə müqaviləsini vaxtından əvvəl ləğv edib. O, komandanın heyətində 16 oyuna çıxaraq 10 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Bayer” Bundesliqanın 2026/27 mövsümündə ilk 3 turdan sonra 4 xal toplayıb və turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.