Karyerasını bitirən Messi yenə Argentina millisinə çağırıldı
ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi qarşıdakı yoldaşlıq oyunları üçün Argentina milli komandasına dəvət alıb.
Sportify.az xəbər verir ki, Argentina Futbol Assosiasiyasının açıqladığı heyətdə Messinin adı da yer alıb.
Argentina millisi sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina Faso və oktyabrın 6-da Beninlə yoldaşlıq görüşləri keçirəcək.
Daha əvvəl Beninlə oyunun Messi üçün vida matçı olacağı bildirilib. 2022-ci ilin dünya çempionu üçün Buenos-Ayresdəki “Monumental” stadionunda vida mərasiminin təşkil olunması planlaşdırılır. Həmin qarşılaşmaya Argentina millisinin dünya çempionu olan bütün heyət üzvlərinin dəvət ediləcəyi gözlənilir.
Qeyd edək ki, Lionel Messi avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını açıqlayıb. O, “Albisaleste”nin heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.



No Comment! Be the first one.