La Liqanın prezidenti “Qızıl top” favoritini açıqladı
2026-cı ildə “Qızıı top” mükafatını İspaniya “Barselona”sının futbolçusu Rodri qazanmalıdır.
Sportify.az-ın məlumatına görə, bu barədə La Liqanın prezidenti Xavyer Tebas AS nəşrinə açıqlamasında bildirib.
“Bunu “Barselona”dan soruşmalısınız. Hər kəsin öz fikri var. Məncə, bu, Rodri olacaq”, – deyə Tebas vurğulayıb.
La Liqa rəhbəri “Barselona”nın vingeri Lamin Yamalın özünü Lionel Messi, Kriştianu Ronaldu və Dieqo Maradona ilə müqayisə etməsinə də münasibət bildirib: “Hər kəs lazım bildiyini edir. Lamin də necə oynadığını özü bilir. O, özünün ən yaxşı oyunçu olduğunu deyə bilər. Amma mənim fikrimcə, bu, Rodri olacaq”.
Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçiriləcək.


No Comment! Be the first one.