Elvin Camalova “Neftçi” məhdudiyyəti qoyulmadı
“Qəbələ”yə transfer olan Elvin Camalov Misli Premyer Liqasının VI tur matçında yenicə ayrıldığı “Neftçi”yə qarşı forma geyinə biləcək.
Bu barədə Sportify.az-a əyalət klubundan məlumat verib.
Bildirilib ki, belə şərtlər, adətən, icarə müqavilələrində qoyulur. Camalov isə “Neftçi”dən ayrıldıqdan sonra “Qəbələ” ilə anlaşıb.
Rəsmi müqavilənin bu gün imzalanması gözlənilir.
Qeyd edək ki, Elvin Camalov “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. 31 yaşlı yarımmüdafiəçi əvvəllər “Zirə” və “Sabah”ın da formalarını geyinib. Əsas heyətə düşməkdə çətinliklə üzləşən Camalov “Neftçi”dən ayrılıb və ilk klubuna transfer olunub.
Təcrübəli futbolçunun bu mövsüm “Qəbələ”dəki ilk oyunu “ağ-qaralar”a qarşı ola bilər. Sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlanacaq.



No Comment! Be the first one.