Libertadores Kuboku: Halk ötürmə etdi, komandası yarımfinala yüksəldi
Braziliyanın “Fluminense” klubu Libertadores Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportify.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda Braziliya təmsilçisi Argentina klubu “Platense”yə 1:2 hesabı ilə məğlub olub.
Lakin “Fluminense” ilk matçda 2:0 hesabı ilə qalib gəldiyi üçün iki oyunun nəticəsində üstün tərəf kimi növbəti mərhələyə yüksəlib.
Qalib komandanın heyətində yeganə qolu 57-ci dəqiqədə Auqustin Kanobbio vurub. Ona məhsuldar ötürməni vaxtilə Braziliya millsinin formasını geyinmiş Halk verib.
“Platense”nin heyətində isə Gido Maynero 30-cu, Bruno Sepulveda 45+2-ci dəqiqədə fərqlənib.
Yarımfinalda “Fluminense” “LDU Kito” (Ekvador) – “Palmeyras” (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.


No Comment! Be the first one.