Stolüstü tennisçilərimiz Belçikada
Azərbaycanın stolüstü tennisçiləri Belçikada keçiriləcək açıq çempionatda iştirak edəcəklər.
Sportify.az xəbər verir ki, Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə baş məşqçilər Fərhad İsmayılov və Mixail Timofeyevin rəhbərliyi ilə yarışda qüvvələrini sınayacaqlar.
Pepinster şəhərində təşkil olunacaq çempionatda U-21 yaş kateqoriyasında idmançılar və böyüklər mübarizə aparacaqlar.
Sabah start götürəcək yarış sentyabrın 20-də başa çatacaq.


No Comment! Be the first one.