“Arsenal” “Liverpul”un 18 yaşlı hücumçusu ilə maraqlanır
İngiltərənin “Arsenal” klubu “Liverpul”un 18 yaşlı hücumçusu Rio Nqumoaha maraq göstərir.
Sportify.az xəbər verir ki, bu barədə “The Athletic” nəşrinin jurnalisti Devid Ornşteyn “FC Podcast”da açıqlama verib.
“Düşünürəm ki, “Arsenal”ın Rio Nqumoaya müəyyən marağı var. Şübhəsiz ki, bir çox klub onunla maraqlanır, çünki o, çox istedadlı futbolçudur. Hələ yayda eşitmişdim ki, “Arsenal” onun oyununu bəyənir. Lakin bu, “Liverpul”un futbolçunu satmaq niyyətində olduğu anlamına gəlmir. Klub onunla müqaviləni uzatmaq istəyir. Hazırda müqaviləsi 2028-ci ilədək qüvvədədir və bildiyimə görə, yeni sözləşmə ilə bağlı hələlik razılıq əldə olunmayıb”, – deyə Ornşteyn bildirib.



No Comment! Be the first one.