Yenidən federasiya prezidenti seçildi
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.
ASTF-nin mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Mustafayev qarşıdakı 4 il ərzində də quruma rəhbərlik edəcək.
O, Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Şahin Mustafayev ilk dəfə 2014-cü ildə ASTF prezidenti seçilib.



No Comment! Be the first one.