İkiqat olimpiya çempionu vəfat etdi
İkiqat Olimpiya çempionu və biatlon üzrə ikiqat dünya çempionu Sergey Çepikov 59 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, bu barədə “Baza” və “SHOT” teleqram kanalları məlumat yayıb.
Məlumata görə, idmançının ölümünə səbəb onkoloji xəstəlik olub.
Çepikov uzun müddət xəstəliklə mübarizə aparıb. Son vaxtlar səhhətinin pisləşdiyi bildirilir. O, sentyabrın 17-də xəstəxanada dünyasını dəyişib.
Sergey Çepikov 1988 və 1994-cü illərdə Olimpiya çempionu olub. O, həmçinin 1989 və 2006-cı illərdə dünya çempionatının qalibi adını qazanıb.
İdman karyerasını başa vurduqdan sonra Sergey Çepikov Sverdlovsk vilayəti Qanunverici Məclisinin deputatı kimi fəaliyyət göstərib. 2016-cı ilin sentyabrında isə Rusiya Dövlət Dumasına deputat seçilib.



No Comment! Be the first one.