II Liqa klubu Avropa Liqasında debütünü qələbə ilə etdi
Portuqaliyanın ikinci divizionunda çıxış edən “Torreense” Avropa Liqasının liqa mərhələsinə qələbə ilə başlayıb.
Sportify.az xəbər verir ki, Pireney yarımadasının təmsilçisi səfərdə Norveçin “Lillestrom” klubunu 2:1 hesabı ilə məğlub edib.
Qonaqların heyətində Alexandro Alfaro 23-cü, Manuel Pozo isə 49-cu dəqiqədə fərqlənib. “Lillestrom”un yeganə qolunu 79-cu dəqiqədə Tomas Lene Olsen vurub.
Qeyd edək ki, “Torreense” Avropa Liqasına Portuqaliya Kubokunu qazanaraq vəsiqə əldə edib.



No Comment! Be the first one.