“İnter”in əfsanəsi vəfat etdi
İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Sandro Matsola 83 yaşında vəfat edib.
Sportify.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Sandro Matsolanın noyabrın 8-də 84 yaşı tamam olacaqdı.
İtaliya millisinin heyətində 1968-ci ildə Avropa çempionu olan mərhum futbolçu 1970-ci ildə dünya çempionatının gümüş medalını qazanıb.
Matsola peşəkar karyerasını yalnız “İnter”də keçirib. O, 1961 – 1977-ci illərdə Milan klubunun formasını geyinib. Veteran futbolçu son illərdə idman şərhçisi kimi fəaliyyət göstərib.
Italy and Inter football legend Sandro Mazzola has passed away aged 83 years old.
Rest in peace, Sandro. 🕊️ pic.twitter.com/3AWNmf42IF
— Fabrizio Romano (@FabrizioRomano) September 18, 2026



No Comment! Be the first one.