“Beşiktaş”a Trossardan pis xəbər
Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Leandro Trossardın topuq nahiyəsindən zədə aldığı açıqlanıb.
Sportify.az xəbər verir ki, belçikalı hücumçunun topuq sümüyündə travmatik sümük ödemi aşkarlanıb.
Klubun yaydığı məlumata görə, futbolçunun əvvəlki oyunlarda topuq nahiyəsinə aldığı zərbələrdən sonra “Ərzurumspor” ilə görüşdən sonra ağrıları yaranıb.
Trossardın tibbi müayinəsi, həmçinin MRT və kompüter tomoqrafiyası müayinələrinin nəticələrinə əsasən onda travmatik sümük ödemi müəyyənləşdirilib.
Futbolçunun müalicəsinə klubun tibbi heyəti tərəfindən başlanılıb və müalicə prosesi davam edir.
Leandro Trossard zədəsi səbəbindən UEFA Avropa Liqasının Liqa mərhələsində “Marsel”ə qarşı keçirilən oyunun heyətində də yer almayıb.
Belçikalı futbolçu “Beşiktaş”ın növbəti matçında – “Amedspor”a qarşı görüşdə də iştirak edə bilməyəcək.



No Comment! Be the first one.