ACF və baş məşqçidən Kindzerska açıqlaması
“Bu məsələ müzakirəyə açıqdır”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu qadın cüdosunda yeganə olimpiya medalını qazanmış İrina Kindzerskanın milliyə dönmək istəyi barədə açıqlamasını şərh edərkən deyib.
Rəsullu bildirib ki, 78 kq-dan yuxarı çəkidə çıxış etmiş 35 yaşlı idmançının son yarışı 2021-ci ilin avqustunda keçirilmiş Tokio-2020 Yay Olimpiya Oyunları olub: “Belə bir idmançı cüdoya qayıtmaq istəyirsə, ona dəstək göstərməyə hazırıq. Hələ baş məşqçimizlə müzakirə etməmişik. İlk növbədə, özü ilə danışacağıq. Fikri ciddidirsə, baş məşqçimizlə müzakirə edəcəyik. Maraqlı eksperiment olacaq. Xatırlamıram ki, hansısa cüdoçu 5 il dayandırsın, sonra davam etsin. Özümə də maraqlı olacaq”,
Riçard Trautman isə bildirib ki, bu, özü üçün də unikaldır: “Ciddi qaydalarımız var. Yetərincə motivasiyalıdırsa, biz də ona imkan yarada bilərik”.



No Comment! Be the first one.