Acunun klubu “Mançester Yunayted”ə qalib gəldi
İngiltərə Premyer Liqasında 2026/2027 mövsümünün ilk turunda gözlənilməz nəticə qeydə alınıb.
Sportify.az xəbər verir ki, turun növbəti oyununda “Hall Siti” doğma meydanda “Mançester Yunayted”i 2:0 hesabı ilə məğlub edib.
Kinqston apon Hall şəhərindəki MKM stadionunda keçirilən qarşılaşmanı baş hakim Darren İngland idarə edib.
“Hall Siti” 17-ci dəqiqədə Semi Acayinin qolu ilə hesabı açıb. 38-ci dəqiqədə isə Nobel Mendi fərqi iki topa çatdırıb.
Qeyd edək ki, ötən mövsümün sonunda “Hall Siti” Çempionşipdə 73 xalla 6-cı yeri tutaraq pley-off mərhələsindən sonra Premyer Liqaya yüksəlib. “Mançester Yunayted” isə İngiltərə Premyer Liqasını 71 xalla 3-cü pillədə başa vurub.
Növbəti turda “Hall Siti” avqustun 29-da səfərdə “Koventri Siti” ilə qarşılaşacaq. “Mançester Yunayted” isə avqustun 30-da “İpsviç Taun”u qəbul edəcək.



No Comment! Be the first one.