Adilxanov Cəbəllütariqlə oyuna yollandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Sportify.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, əsas millinin sərəncamında olan “Şamaxı”nın futbolçusu Edqar Adilxanov U-21 yığmasının düşərgəsinə qoşulub.
Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv oktyabrın 6-da Cəbəllütariqi qəbul edəcək. Əlincə stadionunda (“Bank Respublika Arena”) keçiriləcək görüş saat 17:45-də başlanacaq.



No Comment! Be the first one.