AFFA-dan 4 kluba cərimə
Misli Premyer Liqasının IV turunda futbolçuları sarı vərəqə limitini pozan 4 klub AFFA İntizam Komitəsi tərəfindən cərimələnib.
Sportify.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” oyununda meydan sahiblərinin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat məbləğində cərimələnib.
Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” matçında da analoji hal qeydə alınıb. Tovuz təmsilçisinin 5, “Sumqayıt”ın isə 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 700 manat cərimə ödəyəcək.
Beləliklə, 4 klubun ümumi cəriməsi 2800 manat təşkil edib.


No Comment! Be the first one.