AFFA-dan bu klublara cəza
AFFA İntizam Komitəsi Gənclər və U-17 liqalarında keçirilən oyunlarla bağlı qərarlar qəbul edib.
Sportify.az xəbər verir ki, AFFA Gənclər Liqasında sentyabrın 9-da keçirilmiş “Dinamo (Bakı)” – “Lion” matçında “Lion”un futbolçusu Ələddin Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün növbəti bir oyunda iştirak etməyəcək.
Həmin gün “Sumqayıt” – “Araz Naxçıvan” qarşılaşmasında meydandan qırmızı vərəqə ilə kənarlaşdırılan “Sumqayıt”ın futbolçusu Nihat Ağalı hakimi təhqir etdiyinə görə növbəti 5 oyuna buraxılmayacaq.
Sentyabrın 12-də keçirilmiş “Araz Naxçıvan” – “Neftçi” oyununda “Neftçi”nin futbolçuları Rəhman Şirinov və Raul Abbasov cəzalandırılıblar. Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alan Rəhman Şirinov növbəti bir, kəskin etirazına görə qırmızı vərəqə ilə cəzalandırılan Raul Abbasov isə növbəti iki oyunda iştirak edə bilməyəcək.
Sentyabrın 13-də “Qarabağ” – “Sumqayıt” matçında təcavüzkar davranışa görə qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Cavid Məmmədov növbəti 3 oyuna buraxılmayacaq.
Həmin gün keçirilən “Lion” – “Kəpəz” görüşündə isə “Lion”un futbolçuları Nazim Süleymanov və İzaayddin Məcidov cəzalandırılıblar. İkinci sarı vərəqə alan Nazim Süleymanov növbəti bir oyunda, rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alan İzaayddin Məcidov isə növbəti bir oyunda iştirak etməyəcək.
Bundan başqa, AFFA U-17 Liqasında sentyabrın 12-də keçirilmiş “Araz Naxçıvan” – “Dinamo (Bakı)” oyununda qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alan “Dinamo (Bakı)”nın futbolçusu Zahid Əbdülov növbəti 3 oyuna buraxılmayacaq. Onun cəzasının bir oyunu şərti hesab olunub.



No Comment! Be the first one.