Ançelotti Romarionun istefa çağırışına cavab verdi: “Çox danışır”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti əfsanəvi futbolçu Romarionun onun istefası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Sportify.az xəbər verir ki, italiyalı mütəxəssis Romarionun tənqidlərinə cavab olaraq bunları deyib:
“Bu, söz azadlığıdır. Demokratik ölkədə hər kəs öz fikrini bildirmək hüququna malikdir. Romario da fikrini söyləyib və bu, onun haqqıdır. İnsan həqiqəti də, yalanı da, cəfəngiyyatı da danışa bilər. Həqiqət budur ki, Romario çox danışır və bu da onun hüququdur”.
Ançelotti Braziliya millisində aparılan yenilənmə prosesindən də danışıb. O, komandanın yeni futbolçuları və oyun sistemlərini sınaqdan keçirdiyini bildirib.
Mütəxəssis qeyd edib ki, heyətin yenilənməsi və eyni zamanda tam hazır komanda formalaşdırmaq asan deyil. Bununla belə, kollektivin düzgün istiqamətdə irəlilədiyinə əmin olduqlarını vurğulayıb.
Xatırladaq ki, Romario daha əvvəl, xüsusilə 2026-cı il dünya çempionatındakı nəticələrə görə Ançelottinin vəzifəsindən ayrılmalı olduğunu söyləmişdi.



No Comment! Be the first one.