“Batrakov Avropada Rusiya futbolunun ən yaxşı təbliğatçısıdır”
Rusiyalı futbol mütəxəssisi Dmitri Andreyev Aleksey Batrakovun Türkiyənin “Qalatasaray” komandasındakı çıxışını yüksək qiymətləndirib.
Sportify.az xəbər verir ki, Andreyev futbolçunun hazırkı performansından məmnunluğunu ifadə edib.
O bildirib ki, Batrakov 13 oyunda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Mütəxəssis belə uğurlu debütün gözlənilməz olduğunu vurğulayıb: “O, çox istedadlıdır və inkişaf etməyə davam edəcək. Açığı, düşünürdüm ki, uyğunlaşmaq üçün ona vaxt lazım olacaq. Hazırda Batrakov Avropada Rusiya futbolunun ən yaxşı təbliğatçısıdır. Təəccüblü deyil ki, türklər MOİK-dən Matvey Kislyakı da transfer etmək istəyirlər. İndi digər istedadlı rusiyalı futbolçulara da diqqət artacaq”.



No Comment! Be the first one.