Azərbaycanı futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək “Araz-Naxçlıvan” komandası heyətini legioner oyunçularla gücləndirəcək.
Sportify.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisi hazırda iranlı və brazilyalı oyunçularla danışıqlar aparır.
Yekun qərar yaxın müddətdə veriləcək.
“Araz-Naxçıvan” bu ilə ən çox yerli futzalçılara üstünlük verəcək.
Qeyd edək ki, bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları güclərini sınayacaq.
“Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.



No Comment! Be the first one.