“Araz-Naxçıvan” UEFA Futzal Çempionlar Liqasında ilk oyununu keçirib.
Sportify.az xəbər verir ki, birinci turda rəqib Macarıstan “Uypeşt”i olub.
Məhsuldar keçən görüşün ilk hissəsi “Araz-Naxçıvan”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə də üstünlüyünü qoruyan Azərbaycan təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.
Qalib komandadan Oktay Rüstəmli het-trikə imza atıb. Digər qolları isə Kənan Manafov və Fərid Ələkbərov vurublar.
Görüş başa çatdıqdan sonra komanda üzvləri üzərinə bir neçə ay əvvəl Naxçıvanda ehtiyatsızlıq üzündən kanala düşərək dünyasını dəyişən 7 yaşlı futbolçu Elmir Bayramovun şəkli həkk olmuş köynəklə foto çəkdirib, onu yad ediblər.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirdə Polşanın “Piast”, Bosniya və Herseqovinanın “Buba Mara” və Macarıstanın “Uypeşt” komandalarının yer aldığı qrupda mübarizə aparır. Növbəti oyun “Buba Mara”ya qarşı olacaq.
Bu nəticə ilə “Araz-Naxçıvan” ilk turu 3 xalla başa vurub.



No Comment! Be the first one.