"Turan Tovuz" Şamaxıda, "Qarabağ" Zirədə xal itirdi - YENİLƏNDİ
Misli Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
Sportify.az xəbər verir ki, turun son oyununda “Zirə” “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb
“Qartallar”ın heyətində İssa Cibrila (56), Ağdam təmsilçisinin heyətində isə Aleksey Kaşuk (65) fərqləniblər.
“Qarabağ 10 xalla ikinci, eyni xala malik “Zirə” isə üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “İmişli”ni (3:2), “Kəpəz” “Qəbələ”ni (1:0) məğlub edib. “Sumqayıt” – “Şamaxı” (1:1) və “Araz-Naxçıvan” – “Turan Tovuz” matçlarında isə (2:2) qalib müəyyənləşməyib
Turun son oyunu sentyabrın 14-də “Şəfa” və “Sabah” arasında keçiriləcək.
13 sentyabr (bazar)
16:30. “Araz-Naxçıvan” – “Turan Tovuz” – 2:2
Qollar: Emmanuel Hakman, 7, Ağadadaş Salyanskiy, 86-pen – İbrahima Vadji, 51 (1:1), Santos, 75 (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
19:00. “Zirə” – “Qarabağ” 1:1
Qol: İssa Cibrilla, 56 ; Aleksey Kaşuk, 65
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Rauf Cabarov
VAR: Rəvan Həmzəzadə
AVAR: Tərlan Talıbzadə
Zirə İdman Kompleksinin stadionu
11 sentyabr (cümə)
“İmişli” – “Neftçi” – 2:3
12 sentyabr (şənbə)
“Sumqayıt” – “Şamaxı” – 1:1
“Kəpəz” – “Qəbələ” – 1:0
14 sentyabr (bazar ertəsi)
19:00. “Şəfa” – “Sabah”



No Comment! Be the first one.