“Rəqibin oyunlarına baxmışdım və onlar necə gözləyirdiksə, o şəkildə də oynadılar”.
Sportify.az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasında ilk oyununda Macarıstan “Uypeşt”i üzərində 5:4 hesablı qələbə qazanan “Araz-Naxçıvan”ın oynayan məşqçisi Fərid Ələkbərov azfutzal.az-a açıqlamasında deyib.
O, Macarıstan təmsilçisi ilə görüşü dəyərləndirib: “5-in 4-ə” oynamaqla üstünlük yaratdıq, oyunun sürətini aşağı saldıq, nəzarəti özümüzdə saxladıq və ən əsası, yaratdığımız qol epizodlarını dəyərləndirdik. Elə oyun idi ki, onlar da qalib gələ bilərdi. Ancaq udmuşuqsa, deməli, daha yaxşı oynamışıq. Futzalçılarımız da həvəsli və özlərinə inanaraq oynadılar.
Fərid Ələkbərov qələbəni komandanın ən çətin vaxtlarında ona dayaq olan və fəaliyyətini davam etdirməsinə dəstək verən Zaur Axundova həsr etdiklərini bildirib.
O, növbəti rəqib Bosniya və Herseqovinanın “Buba Mara” komandası barədə də danışıb: “Onlar macarlardan azı 2 dəfə güclüdürlər. Son qarşılaşmalarına baxmışıq. Bizi çətin sınaq gözləyir, ancaq məqsədimiz dəyişməz olaraq qalır – qələbə!”


No Comment! Be the first one.