Argentina Messi olmadan ilk oyununda məğlub oldu – VİDEO
Argentina millisi Lionel Messinin gedişindən sonra ilk matçına çıxıb.
Sportify.az xəbər verir ki, yığma Buenos-Ayresdəki “Estadio Bombonera” stadionunda Uruqvayla yoxlama görüşündə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Argentina millisinin Messinin gedişindən sonra keçirdiyi ilk oyun olub.
Qeyd edək ki, Messi millidəki son matçını ötən ay Benin yığmasına qarşı keçirib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentina – Uruqvay 1:2
Qollar: Xulian Alvarez, 73 – Balerdi, 48 (öz qapısına), Maksimiliano Arauxo, 53.


No Comment! Be the first one.