“Arsenal”ın futbolçusu İngiltərə U-21 millisinin tarixinə düşdü
“Arsenal”ın yarımmüdafiəçisi Maks Doman İngiltərənin U-21 millisinin tarixində meydana çıxan ən gənc futbolçu olub.
Sportify.az xəbər verir ki, 16 yaşlı oyunçu bu uğura Portuqaliyanın U-21 millisinə qarşı keçirilən yoxlama matçında imza atıb. O, debütünü 16 yaş, 10 ay və 13 günlüyündə edib. Görüş İngiltərə yığmasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Bununla da Doman hazırda “Real Madrid”də çıxış edən Cud Bellinqemin rekordunu geridə qoyub. Bellinqem İngiltərə U-21 millisində debüt edərkən 17 yaş, 2 ay və 6 günlük olub.



No Comment! Be the first one.