Argentina millisinin futbolçusu “Fiorentina”da
Argentina millisinin futbolçusu Franko Mastantuono İspaniya “Real Madrid”indən İtaliya “Fiorentina”sına icarəyə verilib.
Sportify.az-ın məlumatına görə, bu barədə “bənövşəyilər”in rəsmi saytı xəbər yayıb.
Mastantuono “Real Madrid”ə 2025-ci ilin yayında keçib. Bu müddətdə vinger bütün turnirlərdə 35 matçda meydançaya çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalının məlumatına görə, Mastantuononun bazar dəyəri 45 milyon avro təşkil edir.
Qeyd edək ki, “Fiorentina” ötən mövsüm İtaliya A Seriyasında 15-ci yeri tutub.


No Comment! Be the first one.