“Arsenal” üç futbolçu ilə müqaviləni uzatmaq barədə razılığa gəldi
İngiltərənin “Arsenal” klubu əsas komandanın üç futbolçusu – Deklan Rays, David Raya və Yurriyen Timberlə müqavilələrin uzadılması barədə razılığa gəlib.
Sportify.az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Məlumata görə, 27 yaşlı Deklan Raysın yeni müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. İngiltərə millisinin yarımmüdafiəçisi əhəmiyyətli maaş artımı əldə edəcək və komandanın ən yüksək ödəniş alan futbolçularından birinə çevriləcək.
31 yaşlı qapıçı David Raya ilə 2030-cu ilin yayına qədər, 25 yaşlı Yurriyen Timberlə isə 2031-ci ilə qədər müqavilə imzalanması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Rays 2026/2027 mövsümündə bütün turnirlərdə 15 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Rayyanın hesabında 15, Timberin isə 10 oyun və 1 qol var.



No Comment! Be the first one.