“Arsenal”ın futbolçusu 25 yaşında xərçəngdən öldü
Rusiyanın “Arsenal” və “Avanqard” klublarının sabiq futbolçusu İlya Kuleşin 25 yaşında dünyasını dəyişib.
Sportify.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçinin ölümünə onkoloji xəstəlikdən yaranan ağırlaşmalar səbəb olub.
Hadisə ilə əlaqədar bu gün II Liqada keçiriləcək “Avanqard” – “Arsenal-2” matçı bir dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Tula futbolunun yetirməsi olan Kuleşin “Arsenal”ın heyətində Rusiya Premyer Liqasında 4 matç keçirib. Müdafiəçinin son klubu isə Dzerjinsk şəhərinin “Ximik” komandası olub.



No Comment! Be the first one.