Avropa çempionatı: 6 cüdoçumuz mübarizəyə başlayır
Bu gün İtaliyanın Neapol şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı start götürəcək.
Sportify.az-ın məlumatına görə, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq.
Oğlanlar
60 kq, 1/8 final
Murad Muradlı – Unay Penyas Merino (İspaniya)
Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi ilə
66 kq, 1/8 final
Nizami İmranov – Alessio De Luka (İtaliya)
İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi ilə
73 kq, 1/16 final
Əbil Yusubov – Luka Katiç (Xorvatiya)
Mehdi Cəfərov – Vlad Mitru (Moldova)
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku saat 19:00-da başlanacaq.



No Comment! Be the first one.