Avropa çempionatı: Azərbaycan Serbiyaya uduzdu - YENİLƏNDİ
19 yaşadək futbolçular arasında Avropa çempionatının II seçmə mərhələsində 2-ci tur başlanıb.
Sportify.az xəbər verir ki, 1-ci qrupda mübarizə aparan Azərbaycan millisi Mladost şəhərində Serbiya ilə qarşılaşıb və 0:4 hesabı ilə uduzub. Matç saat 19:00-da başlanıb.
Xatırladaq ki, millimiz ilk turda Monteneqro komandası ilə qarşılaşıb və 2:7 hesabı ilə məğlub olub.
U-19 Avropa çempionatı
II seçmə mərhələ
1-ci qrup
2-ci tur
19:00 Serbiya – Azərbaycan – 4:0
Qollar: Sariç, 40-penalti, Milovanoviç, 70, Ostojiç, 73, 79


No Comment! Be the first one.