Avropa çempionatı: Millimizin əsas mərhələdə rəqibləri bilindi
19 yaşadək futzalçılar arasında keçiriləcək 2027-ci il Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb.
Sportify.az xəbər verir ki, Azərbaycan millisi 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.



No Comment! Be the first one.