Avropa Kuboku: "Kür" revanş matçında da uduzdu - YENİLƏNDİ
Qadınlardan ibarət həndbol komandalarının EHF Avropa Kubokunda Azərbaycan təmsilçisi “Kür” III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “WHC Çair” kollektivi ilə üz-üzə gəlib.
Sportify.az xəbər verir ki, “Kür” 21:32 hesabı ilə məğlub olub.
Bununla da Mingəçevir komandası turnirlə vidalaşıb.
Qarşılaşma “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.
Tərəflər arasında ilk matç rəqib komandanın 27:24 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Kür” II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb – 40:18, 39:13.
EHF Avropa Kuboku
III təsnifat mərhələsi
Cavab oyunu
17:00. “Kür” (Azərbaycan) – “WHC Çair” (Şimali Makedoniya) – 21:32
İlk oyun – 24:27.



No Comment! Be the first one.